MİT-in Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriyada axtarışda olan DAEŞ-in keçmiş türk valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb.

"Unikal" xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT-in Suriyadakı əməliyyatları zamanı 4 terrorçunun yeri müəyyən edilib.

Yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib.

Tutulan terrorçulardan birinin qırmızı kateqoriyada axtarışda olan İŞİD-in keçmiş türk valisi Şahap Variş olduğu müəyyən edilib.

Varişin Türkiyədə DAİŞ-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəli olduğu müəyyən edilib.