Türkiyə Prezidenti 44-günlük müharibədəki zəfər ilə Qarabağ məsələsin həllindən tutmuş Afrikada terrorla mübarizəyə, Qara və Aralıq dənizinə qədər bütün mövcud problemlərin həllinə dair dünyaya çağırış edir.

"Unikal" xəbər verir ki, bu barədə “CNN Türk”ə müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, bəzi ölkələr öz mövqelərini dəyişib bu məsələlərə töhfə vermək yerinə “Ərdoğanı daşa tutur, ona diktator deyir”.