"Xarici siyasəti 180 dərəcə dəyişəcəyik". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd müxalif CHP sədri Kamal Kılıçdaroğlu deyib. 

O, iqtidarın hazırkı xarici siyasətini pisləyib: "Döyüşkən xarici siyasət ola bilməz. Ərəb dünyasının daxili işlərinə qarışmaq əsla doğru deyil. Xarici siyasəti 180 dərəcə dəyişəcəyik. Yəni edilənlər yanlışdır. Bunu düzgün zəminə qoymaq lazımdır", - deyə müxalifətçi bildirib. 

Ağarza Elçinoğlu