Almaniyanın Sindelfingen (Baden-Vürtemberq) şəhərində "Mercedes-Benz" avtomobil istehsalçısının zavodunda atəş açılıb.

"Unikal" "Bild" qəzetinə istinadla xəbər verir ki, silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

"Məqsəd məlum deyil, atəş açan şəxs nəzarətə götürülüb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Ağarza Elçinoğlu