"Ukraynaya rus işğalçılarına qarşı əks-hücum əməliyyatına başlamaq üçün daha çox vaxt lazımdır". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib. 

Ukrayna liderinin sözlərinə görə, xüsusən də Ukrayna ordusu tərəfdaşlarından vəd edilmiş hərbi yardımın çatdırılmasını gözləyir. O, ordunun hücuma hazır olduğunu açıqlayıb. 

Zelenski bildirib ki, Ukrayna əlində olan silahlarla irəli gedə və uğur qazana bilər: "Lakin çox insan itirəcəyik. Fikrimcə, bu, qəbuledilməzdir. Ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxt lazımdır".

O, həmçinin vurğulayıb ki, Rusiya bu müharibəni dondurmağa cəhd edir, Ukrayna ordusu bunun qarşısını almaq üçün hücum əməliyyatı keçirməlidir: "Hazırda Rusiyanın raket ehtiyatları tükənib, rus işğalçılarının ordusu arasında artilleriya çatışmazlığı var ki, bu da xüsusilə sanksiyalardan qaynaqlanır".

 Gülayə Mecid