Mayın 9-da Qələbə günü Moskvaya səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında təkbətək söhbət olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, Paşinyan Putinin dəvəti ilə Moskvaya gedib və orada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə Qızıl Meydanda keçirilən bayram hərbi paradına baxıb. Daha sonra o, Kremldə Putin və bir sıra MDB liderləri ilə qeyri-rəsmi səhər yeməyinə qatılıb.

Ağarza Elçinoğlu