Rusiya Federasiyasının İstintaq Komitəsi tezliklə Beynəlxalq Cinayət Məhkəməsinin daha əvvəl Rusiya prezidenti Vladimir barəsində həbs qərarı çıxarmış hakimlərini axtarışa verəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib.  

"İstintaq Komitəsi bu qərarın qəbuluna fəal təsir göstərən sədr və üç hakimə (Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri - red.) qarşı cinayət işi açıb", - Bastrıkin bildirib.

Bastrikin həmçinin BCM və Avropa İnsan Hüquqları Məhkəməsini (AİHM) əvəz etmək üçün Asiya dövlətləri ilə daha yüksək məhkəmə yaradılmasını təklif edib. 

Haaqadakı BCM-nin Məhkəməyə qədərki Palatası martın 17-də məhkəmə tərəfindən uşaqların Ukraynadan deportasiya edilməsində ittiham olunan Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Martın 20-də Rusiya Federasiyasının İstintaq Komitəsi BCM-nin hakimləri Tomoko Akane, Rosario Aytala və Serxio Qodinez və prokuror Kərim Xana qarşı cinayət işi açıb.

Gülayə Mecid