Böyük Britaniya Ukraynanı "Storm Shadow" uzaqmənzilli raketləri ilə təmin edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kreml Londonun sözügedən addımını pisləyib.

"Rusiya silahlı qüvvələri Böyük Britaniyanın Ukraynanı "Storm Shadow" uzaqmənzilli raketləri ilə təmin etmək qərarına adekvat cavab verəcək", - Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

Bildirilib ki, ukraynalılar bu raketlərdən Rusiyanın ilhaq etdiyi ərazilərin dərinliklərindəki hədəflərə zərbə endirmək üçün istifadə edə bilər.

Qeyd edək ki, "Storm Shadow" uzaqmənzilli zenit raketidir, Britaniya və Fransa mütəxəssisləri tərəfindən birgə yaradılıb. O, adətən havadan buraxılır və 300 kilometrə qədər hədəfi vura bilir.

Ağarza Elçinoğlu