Fransanın Milli Maliyyə Prokurorluğu korrupsiyada və dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Fransanın keçmiş prezidenti Nikola Sarkozinin mühakimə olunmasını tələb edib.

"Unikal" xəbər verir ki, BFM-in məlumatına görə, tələblər Liviya hakimiyyəti tərəfindən 2007-ci il seçki kampaniyasının mümkün maliyyələşdirilməsi işi ilə bağlıdır.

İşdə keçmiş daxili işlər naziri Klod Cin də daxil olmaqla 12 müttəhim iştirak edir.