Türkiyənin İzmir şəhərindəki çay evində silahlı insident baş verib.

"Unikal" "Sabah" qəzetinə istinadən xəbər verir ki, Menderes bölgəsində baş verən hadisə zamanı 5 nəfər ölüb.

Borc pul məsələsinə görə baş verən insident nəticəsində daha 2 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. İnsidentlə bağlı araşdırma aparılır.