Konqo Demokratik Respublikasının şərqində iki kənddə daşqınlar nəticəsində ölənlərin sayı 430 nəfəri keçib.

"Unikal" xəbər verir  ki, bu barədə “Sinxua” məlumat yayıb. 

Xatırladaq ki, Cənubi Kivu əyalətinin Kalehe ərazisinə yağan leysan çayların sahillərindən çıxmasına, Buşu və Nyamukubi kəndlərini su basmasına səbəb olub.