İlaxır çərşənbə günü hava necə olacaq?
16:06 18-03-2013
CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 19-a gözlənilən hava durumu barədə məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir yağıntılı keçəcəyi, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s, gecə və səhər arabir 18-20 m/s, gündüz isə cənub küləyinin sürəti 8-13 m/s olacaq.
Havanın temperaturunun gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gəldikdə isə martın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi proqnozlaşdırlır. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Digər Xəbərlər
2024-04-24 20:06:20
2024-04-24 19:40:06
2024-04-24 19:18:34
2024-04-24 18:23:37
2024-04-24 18:23:14
2024-04-24 18:06:43
2024-04-24 17:57:00
2024-04-24 17:46:00
2024-04-24 17:40:39
2024-04-24 17:38:00
2024-04-24 17:15:00
2024-04-24 17:13:00
2024-04-24 16:54:00
2024-04-24 16:48:30
2024-04-24 16:35:27