“Bizim sevgimiz də, mübarizəmiz də sevimli millətimiz üçündür”.

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında yazıb.

Türkiyə lideri qeyd edib ki, yolumuza hansı tələ qurulsa da, biz vətənimizə xidmətdən imtina etməyəcəyik.

“Nə cür hücumlarla qarşılaşsaq da, millətin iradəsinə və demokratiyamıza kölgə salınmasına izin vermərik”, - deyə o bildirib.