Mi-28 helikopteri Krımın Cankoy rayonunda planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə hər iki pilot ölü.

"Unikal" xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

“2023-cü il mayın 12-də,  Krım Respublikasının Cankoy rayonunda Mi-28 helikopteri planlı təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Hər iki pilot həlak olub”, - deyə məlumatda bildirilir.