Türkiyənin Kahramanmaraş bölgəsindəki zəlzələlərdən sonra Kızıl Ayparanın AHBAP platformasına çadır satması ölkədə narazılığa səbəb olub.

"Unikal" xəbər verri ki, bu gün Türkiyə Qızıl Aypara Cəmiyyətinin başçısı Kərəm Kınık istefa verib.

Türk Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, İdarə heyətinin Kərəm Kınıkin tələbi ilə fövqəladə toplandığını deyib. 

2016-cı ildən Türk Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsini icra edən Kınıkın istefasından sonra nizamnaməyə uyğun olaraq növbədənkənar qurultaya qədər İdarə Heyətini sədrin birinci müavini Fatma Meriç Yılmaz icra edəcək. Kərəm Kınık istefasından sonra sosial media hesabında “Türkiyə Qızıl Aypara Başçısı” adı əvəzinə “Qızılay könüllüsü” ifadəsini işlətməyə başlayıb.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə bu məsələyə toxunaraq "Bu məsələ təbii ki, məni kədərləndirdi" demişdi.

"Qızıl Aypara çadır satışı ilə məşğul ola bilməz. Bu səhvi tez bir zamanda düzəltməsi lazımdır. Çünki biz Qızıl Ayparanı xüsusilə də çadır istehsalında çox daha aktiv olmağa daim təşviq etmişik" -deyə Ərdoğan bildirmişdi.