Xəbər veridiyimiz kimi, Türkiyədə prezident və 28-ci dövr Parlament seçkiləri başa çatıb.

"Unikal" Türkiyə KİV-ə istinala bildirir ki, artıq bir neçə iri şəhərlərdə səslərin sayılmasına başlanılıb. 

İzmirdə qeydə alınan 3 milyon 442 min 424 seçici səhər saatlarından etibarən səs vermək üçün sandıq başına gedib. Bakı vaxtı ilə saat 18:00-dək 9877 seçki qutusunda səsvermə aparılıb. Səsvermə prosesi başa çatdıqdan sonra qutular açılaraq səslərin sayılmasına başlanılıb.

İstanbul, Ədirnə, Kahramanmaraş və Tekirdağda səslər sayılır. 

Ağarza Elçinoğlu