Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfərə yollanıb.

"Unikal" xəbər verir ki, şənbə günü Romaya, bu gün isə Berlinə səfərindən sonra onun Parisə gedəcəyi gözlənilir.

Dövlət başçısını Fransanın baş naziri Elizabet Born və xarici işlər naziri Ketrin Kolonna qarşılayacaq.

Bazar ertəsi səhər, mayın 15-də Zelenski Şato de Versalda Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, bu, Ukrayna prezidentinin müharibə başlayandan bəri Fransaya ilk səfəri deyil. Belə ki, bu ilin fevralında Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün Parisə səfər edib.