İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Millət Alyansının sədr müavini Əkrəm İmamoğlunun səs verdiyi qutudakı nəticələr açıqlanıb. 

"Unikal" xəbər verir ki, İmamoğlunun səs verdiyi qutuda hazırkı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan birinci olub.

Qeyd edək ki, o, Beylikdüzüdəki Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci dövr millət vəkili ümumi seçkiləri üçün səs verib.

İmamoğlunun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib. Saat 17.00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılıb. AK Parti namizədi Prezident Rəcəb Tayyib Ərdoğan 163, Milli İttifaqın namizədi Kamal Kılıçdaroğlu 138, Ata ittifaqının namizədi Sinan Oğan isə 12 səs toplayıb. 

Son anda namizədliyini geri götürən Məhərrəm İncəyə 1 səs verilib. 

Ağarza Elçinoğlu