"Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində ümumi sandıqların 91,93 faizi açılıb".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

O, seçkilərlə bağlı Bakı vaxtı ilə 03:25-ə olan məlumatı paylaşıb. 

YSK liderinin dediyinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 49,49 faiz səslə namizədlər siyahısına liderlik edir. İkinci yerdə 44,79 faiz səslə CHP lideri Kamal Kılıçdaroğlu qərarlaşıb. 

Ata alyansının rəhbəri Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə isə 0,43 faiz səs toplayıb. 

Ağarza Elçinoğlu