Madriddə Sent-Karlos xəstəxanasında güclü yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 68 yaşlı pasiyent ölüb, 24 nəfər yaralanıb. 

"El Mundo" qəzetinin yazdığına görə, yanğın səhər saatlarında xəstəxananın 5-ci mərtəbəsində yerləşən palatada baş verib. Xəstə tüstüdən zəhərlənərək dünyasını dəyişib.

Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır. 

Ağarza Elçinoğlu