Türkiyədə keçirilən prezident seçkilərində ölkə daxilində keçirilən bütün səsvermənin nəticələri açıqlanıb. 

"Unikal" xəbər verir ki, bundan sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səslərində cüzi artım olub. O, 49,35 faiz səslə liderliyini qoruyub. 

CHP lideri Kamal Kılıçdaroğlu isə 55,00 faizdən 44,99 faizə düşüb. ATA Alyansının lideri Sinan Oğan isə ümumi səslərin 5,23 faizini toplayıb. 

Bundan sonrakı nəticələrə yalnız ölkə xaricində verilən səslər təsir edəcək. Qeyd edək ki, həmin səslərin sayımı hələ davam edir. Sandıqların sadəcə 1,5 faizi sayılmamış qalır. 

Ağarza Elçinoğlu