Cənubi Koreyanın şərq sahilləri yaxınlığında, bu ilin əvvəlindən bəri ən güclü zəlzələ baş verib, onun gücü 4,5 bala çatıb.

"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” Koreya Meteorologiya İdarəsi məlumat yayıb. 

Zəlzələ yerli vaxtla səhər saat 6:27-də Tonxe şəhərindən təxminən 59 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.