Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında görüş başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Sunak tviterdə yazıb.

“Xoş gəldin, Volodimir Zelenski”, - o bildirib. 

***10:32

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın paytaxtı Londona səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə o, “Telegram”da yazıb.

Zelenski qeyd edib ki, havada və yerdə müdafiə imkanlarının artırılmasında Böyük Britaniya liderlik edir. Bu gün keçiriləcək görüşlərdə bu sahədə əməkdaşlıq müzakirə olunacaq.