Ukrayna Silahlı Qüvvələri  bütün cəbhə xətti boyunca irəliləyib, lakin bu, hələlik əks-hücum deyil.

"Unikal" xəbər verir  ki, bunu “Donetsk xalq respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin “Rossiya 24” telekanalının efirində bildirib.

"Biz bütün təmas xətti boyunca real aktivləşməni görürük. Bu hələ çox danışılan əks-hücum deyil", - Puşilin bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu “bəzi ərazilərdə” döyüşlərdə Rusiya mövqelərini tədqiq etməyə və kəşfiyyat aparmağa çalışır.

Seymur Əli