Rusiya əsgərləri Ukraynada NATO artilleriyasına hücum edib. 

"Unikal" xəbər verir  ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. 

“Ukraynanın itki nisbəti dəhşətlidir. "Rəsmi" olaraq Ukraynaya gələn təxminən 152 böyük 155 mm-lik M777 yedəkli haubitsaların üçdə birindən çoxu artıq zədələnib və ya məhv edilib", - nəşr yazıb. 

Bildirilir ki, Rusiya həm də köhnə özüyeriyən artilleriya sistemlərini - Britaniyanın AHS Krab və Amerika M109-larını vurur. Zərər dərəcələri təxminən 18%-dən 21%-ə qədərdir.

Gülayə Mecid