Mayın 14-də Türkiyədə keçirilən parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının (MHP) təsisçisi Alparslan Türkeşin övladları da iştirak edib.

"Unikal" xəbər verir  ki,  Türkeşin qızı Ayyüce Türkeş Taş Adanada İYİ Partiyasından, oğlu Yıldırım Tuğrul Türkeş  isə AKP-nin Ankara 1-ci Bölgəsindən namizəd olublar.  

Seçkinin nəticələrinə əsasən, Yıldırım Tuğrul Türkeş Ankaradan, Ayyüce Türkeş isə Adanadan Türkiyə parlamentinə üzv seçilib.