Türkiyədə parlament seçkilərinin nəticələrindən sonra erməni həkim Sevan Sevacoğlu deputat seçilib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. 

Bildirilir ki,  Sevan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki siyahısında yer alıb.

Sevan Sevacoğlu İstanbuldakı erməni icmasının fəal üzvlərindən biridir. İstanbul Universitetinin tibb fakültəsində təhsil alıb. İstanbulda xəstəxanada işləyir. 2019-cu ildə İstanbul Erməni Patriarxı seçkilərində 12 nümayəndə tərkibində iştirak edib.

Gülayə Mecid