Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Kiyevə yeni hərbi yardım paketi hazırlaması ilə bağlı məlumatı şərh edib. 

"Unikal"  xəbər verir ki,  bu  barədə TASS məlumat yayıb. 

Onun sözlərinə görə,  bu, daha çox dağıntılara və Rusiyanın cavab addımlarına gətirib çıxarır.

Bundan əvvəl Böyük Britaniya hökuməti təsdiq edib ki, baş nazir Rişi Sunak Londondan Ukraynaya yüzlərlə zenit-raket kompleksləri və əlavə pilotsuz uçuş sistemləri, o cümlədən 200 km-dən çox mənzilli yeni uzaqmənzilli zərbə vuran dronların tədarükünü elan edəcək. Bəyanatda bu silahların yaxın aylarda Ukraynaya çatdırılacağı bildirilib.