"İpək Yolu yenidən canlanacaq".

"Unikal" xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bildirib. O, qonşu ölkələrin maliyyə və kredit assosiasiyaları ilə İranın dəmir yolu və liman layihələrində iştirak etmək üçün “yaxşı razılaşmalar” əldə olunduğunu deyib.

"Əbu-Dabidə keçirilən 17-ci Yaxın Şərq Dəmir Yolu Sərgi və Konfransında İranın texniki və mühəndislik xidmətlərinin ixracı və İran şirkətlərinin dəmir yolu layihələrində iştirakı ilə bağlı yaxşı razılaşmalar əldə olunub".

O, həmçinin İpək Yolunun dirçələcəyini bəyan edib.

İran-BƏƏ Birgə İqtisadi Komissiyasına da sədrlik edən Bəzrpaş mayın 15-də BƏƏ-nin enerji və infrastruktur naziri Suhail Mohamed Al Mazrouinin rəsmi dəvəti ilə 17-ci illik Yaxın Şərq Dəmir Yolları Sərgisi və Konfransında iştirak etmək üçün Əbu-Dabiyə səfər edib.