Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Kiyev Rusiya müxalifəti ilə işləyir.

"Unikal" xəbər verir ki, bu barədə o, yerli KİV-ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, rusiyalı müxalifətçilər Kiyevi lazımi məlumatlarla təmin edirlər: "Bu, tamamilə başa düşüləndir". 

Budanov Ukrayna kəşfiyyatı ilə əlaqədə olanların adlarını açıqlamayıb.

Bundan əvvəl Budanov konkret adlar çəkmədən Kiyevin ruslara qarşı terror aktlarında iştirakını etiraf edib. O, həmçinin Kiyevin yazıçı Zaxar Prilepinə qarşı sui-qəsd təşkil etməsini təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib. 

Gülayə Mecid