Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına səfər edib.

"Unikal" xəbər verir ki,  Tokayevin təyyarəsi Sian şəhərində (Şansi əyaləti) Sianyan beynəlxalq hava limanına enib.

Səfər çərçivəsində dövlət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq .

Mayın 18-də Tokayev iri Çin şirkətlərinin rəhbərləri ilə görüşəcək, həmçinin Sian quru limanında Qazaxıstan logistika mərkəzinin tikintisinin açılış mərasimində iştirak edəcək.

Gülayə Mecid