Türkiyə Silahlı Qüvvələri Şırnakda terrorçulara qarşı keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Savilo sosial şəbəkədə məlumat verib.

"Şəhidlərimizin qisasını aldıq. Terror bitənə qədər davam edəcəyik", - deyə nazir açıqlayıb. 

Qeyd edək ki, bölgədə həyata keçirilən əməliyyatda terrorçularla atışma nəticəsində 5 əsgər şəhid olmuşdu.

Ağarza Elçinoğlu