Qırğızıstan parlamentində bir neçə deputat və prezidentin xüsusi nümayəndəsi Almasbek Abytov onlayn kazino oynayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb. 

Belə ki, qırğız deputat Marlen Mamatəliyev onlayn kazinonun necə işlədiyini həmkarlarına nümayiş etdirib. Bununla yanaşı, parlamentdə  onlayn kazino oynayan deputat və prezidentin nümayəndəsi oyunda uduzublar.  

Daha sonra deputatlar onlayn kazino və onun kimi oyunların ölkədə qadağan edilməsi məsələsini qaldırıblar. 

Gülayə Mecid