Türkiyənin yeni Nazirlər Kabineti iyun ayının 5-dən gec olmayaraq işə başlayacaq.

"Unikal" Türkiyə mətbuatına istinala  xəbər verir ki, böyük ehtimalla hazırkı milli müdafiə naziri Hulusi Akar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla əmək və sosial müdafiə naziri Vedat Bilgin öz vəzifələrində qalacaqlar.

AKP ölkədə prezident seçkilərinin 14 mayda keçirilmiş birinci turundan sonra yeni hökumət üçün namizədlərin seçilməsinə başlayıb.

Türkiyə KİV ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun da hökumətdə qala biləcəyi barədə məlumat dərc edib. 

Ağarza Elçinoğlu