Rusiya prezidenti Vladimir Putini Fyodor Dostoyevskinin əsərlərinin qəhrəmanı kimi görmək lazımdır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Economist” jurnalına müsahibəsində deyib.  

Onun sözlərinə görə,  Rusiya ilə Avropa arasında ikitərəfli münasibətlər var: bir tərəfdən Moskva Avropa ölkələrindən təhlükə hiss edir, digər tərəfdən onun Avropa ilə unikal mədəni əlaqələri var.

"Rusiya prezidentini “öz xalqına dair bütün ziddiyyətləri və şübhələri ilə” Dostoyevskinin obrazı kimi qəbul etmək lazımdır”, - Kissincer izah edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Putin ölkənin dünya mədəniyyətindən imtina etmək istəmədiyini açıqlamışdı.

Gülayə Mecid