Montana ştatı "TikTok"u tamamilə qadağan edən ilk ABŞ ştatı olub. 

"Unikal" xəbər verir ki,  bu barədə Montana ştatının qubernatoru Qreq Canforte məlumat verib.

"Montanalıların şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün "TikTok"u qadağan etdim", - deyə qubernator bildirib. 

Məlumata görə,  qadağa yanvarın 1-dən qüvvəyə minəcək və "TikTok" Montanada fəaliyyət göstərə bilməyəcək.  Apple App Store və Google Play Store kimi proqram mağazaları isə ştatda yükləmələrə icazə verməyəcək.

Qanunun pozulmasına görə gündə 10.000 dollara qədər cərimə tətbiq oluna bilər. Bununla belə, cəzalar istifadəçilərə şamil edilməyəcək.

Gülayə Mecid