Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır.

"Məmuniyyətlə qeyd olunub ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Daha sonra ölkələr sərhədin delimitasiyasına başlayacaq", - deyə İmanqali Tasmaqambetov əlavə edib.

Gülayə Mecid