Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) arasında toqquşmalar nəticəsində ölən mülki şəxslərin sayı 833-ə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yaralananların sayının 3329 nəfər olduğu vurğulanıb.

BMT-nin mayın 14-ə olan məlumatına əsasən, Sudanda toqquşma nəticəsində 676 mülki vətəndaş ölüb, 5575 nəfər yaralanıb.