Ermənistan-Azərbaycan dəmir yolunun bərpası ilə bağlı Brüsseldə müəyyən müsbət anlaşma formalaşıb.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, əvvəlki təcrübəni nəzərə alaraq, məsələ ilə bağlı təfərrüatları verməyəcək. 

O, Ermənistan tərəfinin bir gün əvvəl tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsipləri əsasında kommunikasiyaları yenidən açmağa hazır olduğunu təsdiqləyib.

Ağarza Elçinoğlu