"Moldova artıq Rusiya qazından asılı deyil, çünki o, artıq Avropanın enerji şəbəkəsinə tam inteqrasiya olunub".

"Unikal" xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Reçen Buxarestdə keçirilən təhlükəsizlik konfransında deyib.

O, qeyd edib ki, Ukraynaya hərbi müdaxilə zamanı Moldova Rusiyanın enerji təchizatından 100% asılı olub: "Moldova artıq Rusiya qazına ehtiyac duymur, o, həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub".

Bundan əlavə, siyasətçi bildirib ki, Rusiya işğalı başlayandan Moldova hərbi büdcəsini iki dəfə artırıb. 

Ağarza Elçinoğlu