Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşəcək.

Görüş Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə mayın 19-da baş tutacaq. 

Qeyd edək ki, Ceyhun Bayramov görüş üçün bu gün səhər saatlarında Moskvaya gedib.

Ağarza Elçinoğlu