Mindən çox rus səfərbərliklə əlaqədar Finlandiyadan sığınacaq istəyib.

"Unikal" xəbər verir ki, bu barədə Yle teleradio şirkəti Finlandiya Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin direktoru Sanna Sutterə istinadən məlumat verib. Finlandiya tərəfi hələlik bu məsələ ilə bağlı qərar qəbul etməyib.

Ölkə Avropa İttifaqının mövqeyinin dərcini gözləyir, çünki Şimali Avropa ölkələri Aİ-nin göstərişləri əsasında hərəkət etməklə bağlı razılığa gəliblər.

Rusiyada qismən səfərbərlik ötən il sentyabrın 21-də elan edilib. Finlandiya Miqrasiya Xidmətinin məlumatına görə, ilk həftədə yüzə yaxın Rusiya vətəndaşı Finlandiyadan sığınacaq istəyib.