Rusiyaya sülh deyil, yeni hücuma hazırlaşmaq üçün vaxt lazımdır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib 

O qeyd edib ki, XXI əsr işğalçı ölkənin dəyişməz siyasəti üçün sonuncu əsr olmalıdır.

"Rusiyaya sülh yox, zaman lazımdır - yeni raketlər, yeni plan, yeni hücum üçün. Bu, əsrlər boyu dəyişməz qalan Rusiya siyasətinin düsturudur. XXI onun üçün sonuncu olmalıdır", - Zelenski bildirib.