Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib.

"Unikal" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib.

Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.