Keçən il Twitter-i 44 milyard dollara satın alan və bir çox nöqtədə dəyişiklik edən İlon Mask ödənişli mavi işarəli abunəliyinə əlavə bir xüsusiyyət əlavə edib.

"Unikal" xəbər verir ki, Mask, mavi işarəli hesab abunəçilərinin təxminən 8 GB ölçüsündə 2 saatlıq video yükləyə və paylaşa biləcəklərini açıqlayıb. 

Maskın açıqlamasından sonra onlarla mavi işarəli hesab təxminən 2 saatlıq film/serial kimi bir çox video yükləyib.