FIFA 2026 Dünya Çempionatının loqosu rəsmi olaraq təqdim edilib.

"Unikal" xəbər verir ki, turnir ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək. 

Kubokun devizi “WE ARE 26”-dır.  Loqoda üst-üstə 2 və 6 rəqəmləri olan Dünya Çempionatının şəkli və FIFA-nın adı var. 

ABŞ-da 11, Kanadada 2 və Meksikada 3 şəhər olmaqla 16 şəhərin ev sahibliyi edəcəyi kubokda loqonun şəhər versiyaları da təqdim edilib.

Tarixdə ilk dəfə 48 komanda ilə oynanılacaq Dünya Çempionatı təşkilatı kimi tarixə düşəcək FIFA 2026-da Dünya Çempionatının finalının hansı şəhərdə oynanacağı hələ müəyyənləşməyib.