Ukraynada zədələnən “Patriot” zenit-raket kompleksi təmir edilib.

"Unikal xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsünün müavini Sabrina Sinq məlumat verib.

O qeyd edib ki, hazırda hava hücumundan müdafiə sistemi artıq işlək vəziyyətdədir.

"Bir Patriot sistemi zədələnib, lakin indi o, təmir olunub, tam bərpa edilib və işləyir ", - Sinq deyib.

Qeyd edək ki, ABŞ Rusiyanın zərbələri nəticəsində "Patriot" sisteminin zədələndiyini açıqlayıb.