Türkiyədə yaşayan və Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatını tənqid edən siyasi fəal İstanbulda hücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, Məhəmməd Haşim Daneşin dediyinə görə, əlində bıçaq olan naməlum şəxslər onu evin yaxınlığında gözləyib və qəfil hücum ediblər. 

Xəstəxanaya yerləşdirilən Məhəmməd Haşim Daneşin həyatına heç bir təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl “Taliban” hakimiyyətində təmsil olunan bir neçə məmur xaricdə yaşayan və ölkədəki siyasi rejimi tənqid edən şəxslərə xəbərdarlıq etmişdi.