Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcək.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  Yaponiya rəsmiləri daha əvvəl Zelenskinin görüşdə onlayn iştirakını elan ediblər.

Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.