İtaliyada 20-dən çox çayın daşması nəticəsində 13 nəfər ölüb.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Yerli hakimiyyət orqanları bildirib ki, Bolonya ilə şimal-şərq sahilləri arasında, demək olar ki, bütün çaylar 115 kilometr genişlikdə ərazidə daşıb. Həmçinin 280-ə yaxın sürüşmə baş verib.

Hesabatlar göstərir ki, əraziyə gün yarım ərzində altı aya bərabər yağış yağıb.

Ağarza Elçinoğlu